Əsas məzmuna keç

Qəzəl

Ey ləbin eyni-abi-heyvandır

İmadəddin Nəsimi

1

Ey ləbin eyni-abi-heyvandır, Xızra sor anı gör ki, nə candır.

Nə şirindir dodağının zövqü, Ol səbəbdən ki, lə’lü mərcandır.

Həq əyan eylədi üzündə bu gün Şu hürufu ki, hərfi-bürhandır.

Səni kimdir ki, fərq edər həqdən, Məgər ol laşəyi ki, nadandır.

Şəm’i-rüxsarının təcəllisi Yenə doğdu ki, mahi-tabandır.

Hüsnünə səcdə qılmayana sənin, Həq dedi adını ki, şeytandır.

Əyyuhənnas əlləməl-Qur’an, Üzü təfsirdir, bu, Qur’andır.

Küntə kənzi bizə bəyan elyər, Bilirəm kim, nə gənci-pünhandır.

Eydi-əkbərdürür, Nəsimi, gəl Qıl fəda canını ki, qurbandır.

Lüğət: Bürhan – Dəlil, sübut; Təcəlli – Əzəmətli zühur etmə; Mahi – Balıq; Kənz – Xəzinə; Gənc – Xəzinə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.