Ey ləbin abi-çeşmeyi-heyvan
Ey ləbin abi-çeşmeyi-heyvan, Təl’ətindən xəcil məhi-taban!
Qamətindən qiyamət oldu zühur, Eyyühənnas, əlləməl-Qur’an.
Həq kəlamı üzün bəyanıdır, Ənzəruna bisurətir-rəhman!
Alimül-elm cümlə əşyasan, Ma ləna qeyrəküm vəla dəyyan.
Zahirü batin, əvvəlü axır Səndən ötrü zühuri-şərhü bəyan.
Zati-mütləqsən, ey xücəstəliqa, Küntü kənzin bəyanı oldu əyan.
Küfrü iman süfatı zülfü rüxün, Bilməyən küfrü bilmədi iman.
Sirri-tövhidə irmədi münkir, Adəmə səcdə qılmadı şeytan.
Həqqi bildi, Nəsimi, həqq ilədir, Həq bilənə nədir bu mülki-cahan?
Lüğət: Kənz – Xəzinə; Münkir – İnkar edən