Əsas məzmuna keç

Qəzəl

Ey könül, yarı istə, candan keç

Məhəmməd Füzuli

1

Ey könül, yarı istə, candan keç, Səri-kuyin gözət, cəhandan keç!

Ya təmə’ kəs həyat zövqindən, Ya ləbi-lə’li-dilsitandan keç.

Mülki-təcriddir fərağət evi, Tərki-mal eylə, xanimandan keç.

Laməkan seyrinin əzimətin et, Bu xərab olacaq məkandan keç.

E’tibar etmə mülki-dünyayə, E’tibari-ülüvvi-şandan keç!

Əhli-dünyanın olmaz axirəti, Ey Füzuli, bu xakdandan keç!

Lüğət: Laməkan – yersiz, məkansız; Ülüvv – ucalıq, yüksəklik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.