Əsas məzmuna keç

Qəzəl

Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər

Şah İsmayıl Xətai

1

Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər, Sən bu işdə qılma təqsir, ixtiyar əldən gedər.

Yil-dəyil, saətbəsaət xoş keçir gün yar ilə, Həftə-həftə, günbəgün ol ruzigar əldən gedər.

İşrətü zövqü səfayə, ey könül, şad ol müdam, Eyş nihan olur, görünməz, aşikar əldən gedər.

Aşinayi tərk edübən yadə can vermə, könül, Yad ilə biliş olunca aşina əldən gedər.

Ey Xətayi, qoyma yarın damənin əldən müdam, Kim ki, işin süst dutar, hər nə ki, var əldən gedər.

Lüğət: Vəsl – qovuşmaq; Müdam – davamlı, həmişə; Nihan – gizli; Damən – ətək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.