Ey könül, vəsf eylədin dilbərləri bunca, yetər
Ey könül, vəsf eylədin dilbərləri bunca, yetər! Gah günəş adlandı şerində gözəl, gahi qəmər.
Dəm vurursan qan tökən, canlar alan bir qəmzədən, Ləblərinə gah deyirsən ləldir, gahi şəkər.
Gəh qanlı qəlbinə bir dağ çəkirsən şövqdən, Gəh deyirsən: zülfünün sevdasına başım düşər.
Gəh cəfasından şikayət eyləyərsən bütlərin. Onları hər yerdə rüsvay eyləyərsən, müxtəsər.
Indi təqva damənindən gəl daha möhkəm yapış, Ömrünü kari-pərişan ilə gəl qılma hədər.
Toxgöz ol, həm könlü tox ol, meyl qılma aləmə, Bir pəri ardınca da düşsə, sən ondan qıl həzər.
Ey Füzuli, rindlər rəsmində ifrat eylədin, Bir təzə yol axtar artıq, rindlikdə var xətər.