Əsas məzmuna keç

Qəzəl

Ey könül, sidq ilə hər kim şah ilən yoldaş ola

Şah İsmayıl Xətai

1

Ey könül, sidq ilə hər kim şah ilən yoldaş ola, Yüz gərək döndərməyə hər necə kim, yol daş ola.

Yolu gər daş ola, gər yay ola, gər oxü qılıc, Mürşidindən dönənin mə’nidə ismi laş ola.

Qul gərək tanıda öz doğruluğun həq yoluna, E’tiqaddan azmaya, gər bayü gər qəllaş ola.

Ey könül, cəhd eyləgil doğri ola gör şahə sən, Aqibət qəlbi çıxar, hər kimsə kim, qəllaş ola.

Ey Xətayi, sidq ilə bu şah əyağinə gələn Aqibət bir gün, gümansız, xəlq içində baş ola.

Lüğət: Qəllaş – əliaçıq, müflis

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.