Ey könül, şad ol kim, ol məhbubi-zibadır gələn
Ey könül, şad ol kim, ol məhbubi-zibadır gələn, Mehr ilə can verdigin mahi-dilaradır gələn.
Doldu könlüm Kə’bəsi nuri-səfa ilə, yəqin Hüsnü Yusif, xülqü Əhməd, nitqi Isadır gələn.
Necə getməsin başımdan əql, könlümdən qərar, Gözləri nərgis, ləbi lə’li-müsəffadır gələn.
Ellər uyur gecələr, mən sübhədək ah eylərəm, Həmdülillah kim, bu gün şol mahsimadır gələn.
Gül yanağın üzrə o səb’ülməsani zülfdən, Bilməzəm başıma ol dəmdən nə sevdadır gələn.
Der Nəsimini görənlər yollarına payimal: Yenə ol şuridəvü sərməstü şeydadır gələn?
Lüğət: Ziba – Gözəl; Mahi – Balıq; Şol – O; Sevda – 1. Öd. 2. Məhəbbət