Ey könül, sərvi-səməndə sən idin, ya mən idim
Ey könül, sərvi-səməndə sən idin, ya mən idim? Yar ilə seyri-çəməndə sən idin, ya mən idim?
Cilveyi-nazdə ol şahsüvarı görcək, Yıxılan payi-səməndə sən idin, ya mən idim?
Zülfi-tarini qılan boynuva zənciri-cünun, Olmayan tarıya bəndə sən idin, ya mən idim?
Gəh sənə yümni-yəmin var idi, gəh yüsri-yəsar. Ləli zövqilə Yəməndə sən idin, ya mən idim?
Hüsni-rüxsarına kam ilə qılan nəzzarə, Dövləti-vəchi-həsəndə sən idin, ya mən idim?
Zülməti-xətlə görən tirə üzari-mahın, Yüz qəra günlə vətəndə sən idin, ya mən idim?
Seyyida, şeri-gühərbar edərdin xahiş, Talibi-dürr Ədəndə sən idin, ya mən idim?