Ey, könül, ol mə’nisiz cahili yar etməkmolur?1
Ey, könül, ol mə’nisiz cahili yar etməkmolur?1 Mə’nisiz cahil sözünə e’tibar etməkmolur?
Həm onun qövli xətadır, həm qərari bivəfa, Oylə bir bədnam ilə qövlü qərar etməkmolur?
Xaki-payi-əhli-dil ol, olmagil cəhlə rəfiq, Çün əbabil var ikən zağı şikar etməkmolur?
Cəhlini ürfan edəndə xaki-pay olgil ona, Əhli-söhbət göricək ondan kənar etməkmolur?
Hər kəs öz eybilə səttarına dutmuşdur yüzün, Sən onun eybini açıb, şərmsar etməkmolur?
Bir neçə vəqt yar olub, bir kimsənin eybin tutub, Sən onun gizlicə sirrin aşikar etməkmolur?
Ey Xətayi, can fəda qıl bir vəfalı yar içün, Hər vəfasız bivəfanı ixtiyar etməkmolur?
Lüğət: Dil – ürək; Əbabil – dağ qaranquşu; Ürfan – mistika, bilik, Allahı anma; Pay – ayaq; Şərmsar – utancaq; Sirri – əf’al – işlərin sirri