Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs
Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs, Məxfi qalsın söz, nihani canə eylərsən həvəs.
Gəh sözün meyxanədir, gahi xəyalın saqidir, Cənnət istərsən, yəqin, qılmanə eylərsən həvəs.
Yox işin sirri-dəhani-yari sormaqdan siva, Sən məgər hər nükteyi-pinhanə eylərsən həvəs.
Ey dili-məcruh, yox müşk ilə zəxmin sazişi, Bəs neçin ol zülfi-müşkəfşanə eylərsən həvəs.
Gəh təmənna tiğin eylərsən, gəhi peykanını, Yardən hər ləhzə bir ehsanə eylərsən həvəs.
Ey xəyali-yar, çıxmazsan könüldən, bilməzəm Sən neçün bu mənzili-viranə eylərsən həvəs?
Seyyida, sal boynuva zünnari-zülfi-yarı sən, Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs.