Ey könül, hicran qəmindən bir əlamət qalmamış
Ey könül, hicran qəmindən bir əlamət qalmamış, Şad ol, artıq köhnə qəm-qüssə, məlamət qalmamış.
Hicr əlindən canımı tapşırmışam cananə mən, Məndə hicranın əlindən bir şikayət qalmamış.
Göz yaşından su səpilmiş şölələnmiş qəlbimə, Odlu sinəmdə daha keçmiş hərarət qalmamış.
Hər nə canandan umardı, nail olmuşdur könül, Naümidlikdən əsər yoxdur, fəlakət qalmamış.
Çox şükür, dərdi-sərimdən xəlq tapmışdır nicat, Çünki məndə zəfdən fəryadə taqət qalmamış.
Can verəm müjdə, budur arzum, yetərkən vəslinə, Neyləyim, hicran əlindən can səlamət qalmamış.
Ey Füzuli, qurtarıb dünya qəmindən canımız, Bir də möhnət çəkməyə bizdə o halət qalmamış.