Əsas məzmuna keç

Qəzəl

Ey könül, hərcayi yari ixtiyar etmək nədir?

Şah İsmayıl Xətai

1

Ey könül, hərcayi yari ixtiyar etmək nədir? Yari-hərcayi sözünə e’tibar etmək nədir?

Güli-xoşbu var ikən əlim tikanə sürtməzəm, Kəbki-rə’na var ikən zaği şikar etmək nədir?

Dəgmə bir cahil nigarın cövrini çəkmək nədən? Kərr bir nakəs ilə qövlü qərar etmək nədir?

Ahu gözlü bir sənəm aslanları seyd eyləmiş, Ey müsəlmanlar, ahu şiri şikar etmək nədir?

Ey Xətayi, sirrini sən dəgmə yerdə söyləmə, Sirri aşiq dəgmə yerdə aşikar etmək nədir?

Lüğət: Dəgmə – təsadüfi, hər yetən; Nigar – sevgili, bəzəkli; Cövr – zülm; Seyd – ov; Sirri – əf’al – işlərin sirri

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.