Ey könül, hər mə’nisiz cahili yar etmək nədir?
Ey könül, hər mə’nisiz cahili yar etmək nədir? Mə’nisiz cahil sözünə e’tibar etmək nədir?
Çün anın qövli xətadır, həm qərarı bivəfa, Ey könül, naəhl ilə qövlü qərar etmək nədir?
Əhli-həqqə can fəda qıl, cəhl ilə olma rəfiq, Çün ənadil var ikən zağı şikar etmək nədir?
Xanda kim, hər əhli-ürfan görsən, olgil xaki-pa, Ey könül, naəhl olub andan kənar etmək nədir?
Bir neçə gün yar olub, bir kimsənin halın duyub, Sonra anın gizli sirrin aşikar etmək nədir?
Hər kim öz eybi ilə sübhaninə dutmuş yüzün, Kimsənin eybin açuban şərmsar etmək nədir?
Ey Xətayi, qıl fəda canın vəfalu yar içün, Hər vəfasız bivəfa kimsəni yar etmək nədir?
Lüğət: Ürfan – mistika, bilik, Allahı anma; Sirri – əf’al – işlərin sirri; Şərmsar – utancaq