Ey könlüm alan qaşları yay, gözləri cadu
Ey könlüm alan qaşları yay, gözləri cadu, Ey nərgisi-məstü üzü gül, bənləri hindu.
Ta şövqi-cəmalın gələli eynimə qarşu, Hər ləhzə qılır həsrət ilə bənzimi sayru.
Gəl firqəti-hicrin nə qılır canıma gör kim, Nola qılasan lütf ilə bir dərdimə daru?
Nöh çərxi-fələkni qılıram ah ilə əzrəq, Ol dəm ki, edəm vəslin üçün dərd ilə yahu.
Ol zülfi-müsəlsəlni mənim boynuma salgil, Ta bəndi-səlasil düşə əz gərdəni-ahu.
Tərk etdi Nəsimi yoluna canü cahanı, Ey qaşları yay, kirpigi ox, gözləri cadu.
Lüğət: Sayru – Xəstə; Daru – Dərman; Səlasil – Zəncirlər