Əsas məzmuna keç

Qəzəl

Ey ki, sərxoşdur dü çeşmin, ləblərin peymanədir

Şah İsmayıl Xətai

1

Ey ki, sərxoşdur dü çeşmin, ləblərin peymanədir, Ol səbəbdən aşiqin daim yeri meyxanədir.

Necə qəvvas olmayım yaşımda kim, ol dilbərin Ləblərin lə’li-Bədəxşan, dişləri dürdanədir.

Vermənəm dünyavü üqba dövlətinə eşqini, Dünyəvü üqba mana bir yanə, ol bir yanədir.

Sanma, ey çeşmim, sana biganədən ümmid ola, Gör nələr qıldı könül, kim həmdəmü həmxanədir?

Bu Xətayini rəha qılmaz saçun zəncirdən, Sanma kim, uslandı ol miskin, hənuz divanədir.

Lüğət: Çeşmi – giryan – ağlar göz; Peymanə – qədəh, piyalə; Qəvvas – üzgüçü; Üqba – axirət, o biri dünya

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.