Əsas məzmuna keç

Qəzəl

Ey ki, hicrin bəndəni zar etdi qayğulər bilə

Şah İsmayıl Xətai

1

Ey ki, hicrin bəndəni zar etdi qayğulər bilə, Çeşmi-fəttanın görüb heyranəm ahulər bilə.

İstəməz könlüm məşami zülfinizdən özgə müşk, Müşki neylər kimsə kim, ögrəndi ol bulər bilə.

Ta gözüm ol fitnəli qaşü gözün gördü sənin, Keçdi ömrüm ah edüb ol çeşmü əbrulər bilə.

Anca axdı gözlərimdən qanlu yaşım subəsu, Axdı çeşmim zövrəqi hər suyə ol sulər bilə.

Şe’r içində nisbət olmaz, ey mühəddis, bilmiş ol, Bu Xətayinin kəlamın hər xətalulər bilə.

Lüğət: Hicr – ayrılıq; Çeşmi – giryan – ağlar göz; Fəttan – fitnəkar, cazibəli; Məşam – burun, iy bilmə üzvü; Çeşm – göz; Əbru – qaş; Mühəddis – hədis söyləyən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.