Əsas məzmuna keç

Qəzəl

Ey ki, eşqindən olubdur canü dil ğəmdən həlak

Şah İsmayıl Xətai

1

Ey ki, eşqindən olubdur canü dil ğəmdən həlak, Sən nə məzhərsən cahanda, ey cəmali-nuri-pak?

Ey pəri, eşqində mana çox cəfalər qılma kim, Xəstəvü heyraninəm, oldum ğəmindən dərdnak.

Damənini qoymanam əldən, əgər çıxsa rəvan, Gərçi hicranın əli qıldı yəxəmni çak-çak.

Cümlə aləm gər həsud olsa, yanımda bir cövə, Sən mənimlə dust bolsan, cövri-düşməndən nə bak?

Bəndəni lütfü kərəm birlə nəzərdən salmagil, Ey Xətayinin pənahi, leysə fi hübbi səvak.

Lüğət: Dil – ürək; Nuri – rəhman – ilahi nur; Damən – ətək; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Çak – yırtıq; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.