Ey ki, çox düşdüm fəraqindən fəğanü vayə mən
Ey ki, çox düşdüm fəraqindən fəğanü vayə mən, Eşqi-zülfindən müdami düşmüşəm sevdayə mən.
Ta sənin gülgün yanağın görmüşəm, ey məhliqa, Gülşən içrə baxmazam hərgiz güli-həmrayə mən.
Hüsni-ruyindən kim, ol xurşidi-aləm nur alur, Heyf ola nisbət qılam mehri-rüxini ayə mən.
Bağ ilən bustan içində sərvə qılman iltifat, Ta ki, qıldım bir nəzər şol qamətü balayə mən.
Ta könül oldu sənin ruzi-vüsalindən cüda, Bu Xətayi dilşikəstə eşq ilən həmsayə mən.
Lüğət: Vayə – nəsib, pay, məqsəd; Müdam – davamlı, həmişə; Hərgiz – heç vaxt; Həmra – qırmızı, al; Hüsn – gözəllik; Xurşid – günəş; Mehr – günəş; Şol – o; Bala – yüksək, yuxarı; Cüda – ayrı; Dilşikəstə – ürəyi sınıq; Həmsayə – qonşu