Ey həq əhli, sən sənin cismində beytüllahi gör
Ey həq əhli, sən sənin cismində beytüllahi gör, Xancaru əzm eyləsən, lövhində ərşüllahi gör.
Adəmin şə’nində kərrəmna dedi nitqi-ilah, Əhli-mə’nasan, həqiqət sümmə vəchüllahi gör.
Zakirəm, zikr eylərəm, könlümdə özgə kimsə yox, Natiqəm, nitqi-hidayət, gəl həbibüllahi gör.
Hazihi-cənnati-ədnin dəftərin şərh eyləyən İblis olma, gəl sücud eylə bu babüllahi gör.
Lövhi-məhfuzin Xətayi əbcədin qıldı bəyan, Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör.
Lüğət: Xancaru – hansı tərəfə; Əzm – bir işə girişmək üçün edilən qəsd, qərar; Zikr – anma, söyləmə; Məhfuz – qorunmuş; Xatəm – üzük