Ey həmnişin ki, sən mənə qəmxar olmusan
Ey həmnişin ki, sən mənə qəmxar olmusan, Zənnim budur rəqibi-məni-zar olmusan.
Hər günkü pəndüvə bu nəsihətlər oxşamaz, Qafil, bu damə sən də giriftar olmusan?
Müddətdi bəzmi-qeyr olub ol mah mənzili, Ey asiman, nədən belə bikar olmusan.
Səndən sivayə cövr eləməz yar, ey könül, Netdin ki, sən bu lütfə səzavar olmusan.
Bülbül kimi fəğanə gəlib ağla Seyyida, Ol gül yanında böylə ki, sən xar olmusan.