Əsas məzmuna keç

Qəzəl

Ey günəş, hüsnin xəyalı ta ki könlümdən keçər

Şah İsmayıl Xətai

1

Ey günəş, hüsnin xəyalı ta ki könlümdən keçər, Qanlu yaşım yəm təki dolmuşdur andan sərbəsər.

Nalələr kim, gecələr ta sübh olunca eylərəm, Qorxuram hicrindən anın razi-pünhanım açər.

Necə sərxoş olmasun dövründən anın dilbərim Nərgisi-məstaniniz kim, su kimi qanım içər.

Leyli zülfinin ğəmi qıldı pərişan əqlimi, Eylə Məcnunəm ki, Məcnun görsə həm, məndən qaçər.

Çox yaşagil çün mana yar olmadın, ey səngdil, Bu Xətayi oldu qəhrindən sənin zirü zəbər.

Lüğət: Hüsn – gözəllik; Sərbəsər – başdan-başa; Razi – dil – ürək sirri; Leyli – yelda – qışın ən uzun gecəsi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.