Əsas məzmuna keç

Qəzəl

Ey gülüm, eü sünbülüm, ey susənim, vey ənbərim

İmadəddin Nəsimi

1

Ey gülüm, eü sünbülüm, ey susənim, vey ənbərim, Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.

Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim, Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim.

Ey baharım, ey nigarım, ey şikarım, şahidim, Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim.

Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim, Sağərim, şəm’im, şəbistanım, məlayikmənzərim.

Ey riyahin rahətim, ruhi-rəvanım, lütf ilə, Sərfərazim, sərkəşim, şuxü səadət əxtərim.

Ey mənim xurşidü mahım, ey çırağım, fanusum, Şux çeşmim, lütfi-şahım, ey mübarək peykərim.

Eşqin aldı əqlü huşum, könlümü yəğmaladı, Söylə axər, ey Nəsimi, cani-dildən çakərim.

Lüğət: Həbib – Dost, sevgili; Ənis – Dost; Şahid – Gözəl, sevimli; Sağər – Badə; Əxtər – Ulduz; Xurşid – Günəş; Fanus – Fənər; Çeşm – Göz; Peykər – Gözəl; Bədən; Ulduz; Çakər – Nökər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.