Əsas məzmuna keç

Qəzəl

Ey güli-süsən, səni bir natəvan çəkmiş məgər?

Xurşidbanu Natəvan

1

Ey güli-süsən, səni bir natəvan çəkmiş məgər? Bir məhi-aliməqamə bəndüvan çəkmiş məgər?

Boylə tarik rənglə girmiş o, qəsrə bilməyib, Sililər rüxsarına ol bağiban çəkmiş məgər?

Çünki bu gülşəndə sərgərdan gəzənlər çoxdu, çox, Ol səbəbdən pasibani-xoşnişan çəkmiş məgər?

Rəngi-buyindən, müzəyyəndir büsati-bəzmi-gül, Xameyi-nəqqaşi-qüdrət gülsitan çəkmiş məgər?

Bu qədər lütfü nəzakət kim, sənin hüsnündədir, Lütfü-təbilə səni ol Natəvan çəkmiş məgər?

Lüğət: Natəvan – qüvvəsiz, halsız, köməksiz; Tarik – qaranlıq; Pasiban – gözətçi; Müzəyyən – bəzəkli, zinətləndirilmiş

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.