Əsas məzmuna keç

Qəzəl

Ey gül yanağlu, ləblərinə can desəm, yeri

Şah İsmayıl Xətai

1

Ey gül yanağlu, ləblərinə can desəm, yeri. Zülfinə küfrü yüzinə iman desəm, yeri.

Sordum təbibə, dərdimə dərman bulunmadı, Bu dərdi-eşqə lə’lini dərman desəm, yeri.

Kim eşiginə yastana, dövlət bulur müdam, Ol asitanə sayeyi-sübhan desəm, yeri.

Bir muri-xəstənin ki, qapunda məqami var, Mən ol məqamə mülki-Süleyman desəm, yeri.

Buldu Xətayi zikri cəmalında nuri-həq, Səhni-rüxini səfheyi-Qur’an desəm, yeri.

Lüğət: Küfr – inamsızlıq, kafirlik; Müdam – davamlı, həmişə; Sübhan – Allah; Zikr – anma, söyləmə; Nuri – rəhman – ilahi nur; Səhn – səhnə, həyat, meydan

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.