Ey gül, nə rəvadır səni meyxarə desinlər
Ey gül, nə rəvadır səni meyxarə desinlər, Bədnam desinlər səni, avarə desinlər.
Xəlvət nə rəva qeyr ilə, ey Yusifi-sani, Kim, pirəhəni-ismətüvi parə desinlər.
Xurşidi-mey ardınca səni hər gecə ta sübh, Ey mah, nə layiqdi ki, səyyarə desinlər.
Hər qəlbi qara nakəs ilə eyləmə ülfət, Heyfa, səni aləmdə üzüqarə desinlər.
Seyyid təki etmə həvəsi-badeyi-gülgun, Qorxum budur, ey məh, səni meyxarə desinlər.