Ey gül, nə əcəb silsileyi-mişki-tərin var
Ey gül, nə əcəb silsileyi-mişki-tərin var, Vey sərv, nə xoş canalıcı işvələrin var!
Acıtdı məni, acı sözün, tünd nigahın, Ey nəxli-məlahət, nə bəla, təlx bərin var!
Peykanları ilə doludur çeşmi-pürabım, Ey bəhr, saqınma, sənin ancaq gühərin var!
Ol səngdilə naleyi-zarın əsər etmiş, Ey dil, sənə bu zövq yetər, ta əsərin var.
Eşq içrə, könül, demə ki, mən bixüdəm, ancaq, Ey qafil, özündən sənin ancaq xəbərin var?
Dedim yetər, et cövr, çü xaki-rəhin oldum, Dedi ki, yetər cövr sənə ta əsərin var.
Çox baxdığına qəmzə ilən bağrın əzərsən, Hər kimə ki, baxmazsan onunla nəzərin var.
Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş, Sən həm, özünü göstər əgər bir hünərin var.
Lüğət: Nəxl – xurma ağacı; Təlx – acı; Bəri – kənar; uzaq, boş