Əsas məzmuna keç

Qəzəl

Ey gözün eyni-xuda, "nuni-qələm" qaş sənə

Seyid Əzim Şirvani

1

Ey gözün eyni-xuda, «nuni-qələm» qaş sənə, Verdi öz surətini nəqşdə nəqqaş sənə.

Sənsən ol padşəhi-məsnədi-izzət kim, olub Rüsüli-sabiqə, yol açmağa fərraş sənə.

Səcdeyi-Adəmə zahirdə olundu təklif, Endirib aləmi-batində mələk baş sənə.

Xilqəti-xüşkü tərə oldu vücudun bais, Bəndə-fərmandı bu gün hər quru, hər yaş sənə.

Səngrizə dil açıb oldu güvahi-halın, Nərm olunsa nə əcəb hər cigəri daş sənə.

Şəbi-meracdə getdin, sənəma, bir yol kim, Cəbrəil olmadı getməkligə yoldaş sənə.

Ərzi-halımdı sənə suzi-dili-zarımdan Gözlərimdən tökülüb qanlı axan yaş sənə.

Seyyid ol gül ki, olub zairi-xaki-hərəmin, Canını bəzl qılaydı o gün, ey kaş, sənə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.