Əsas məzmuna keç

Qəzəl

Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi

Məhəmməd Füzuli

1

Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi, Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi!

Ey gözüm yaşı, bu sərgəştəligin tərkin qıl, Sərvqamətlərə qət’i-səri-rah etmə dəxi!

Ey könül, ömrümü verdin yelə aşiqlik ilə, Baxma hər qönçələbü gülrüxə, ah etmə dəxi!

Baxma, ey can, xətü rüxsarına məhbublərin, Ehtiyat eylə, günah üzrə günah etmə dəxi!

Qılma, ey eşq, mənə ərz pəriçöhrələri, Surəti-halimi ləhv ilə təbah etmə dəxi!

Götür, ey nəfs, həvavü həvəsin aləmdən, Hərzə-hərzə tələbi-rif’əti-cah etmə dəxi!

Ey Füzuli, meyü mə’şuq məzaqın tərk et, Özünü asiyi-dərgahi-ilah etmə dəxi!

Lüğət: Rah – şərab, çaxır; yol

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.