Ey fəraqi-ləbi-canan, cigərim xun etdin
Ey fəraqi-ləbi-canan, cigərim xun etdin, Çöhreyi-zərdimi xunab ilə gülgun etdin.
Cigərim qanını göz yaşına tökdün, ey dil, Varə-varə onu Qülzüm, bunu Ceyhun etdin.
Necə hüsn ilə səni Leyliyə nisbət qılayım, Bilməyib qədrimi tərki-məni-Məcnun etdin.
Söylədin kim, tutaram şad könüllərdə məqam, Şad ikən, bu söz ilə könlümü məzhun etdin.
Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən, Aşiqi və’deyi-ehsan ilə məmnun etdin.
Cür’ə-cür’ə mey içib, zibi-cəmal artırdın, Zərrə-zərrə gözümün nurini əfzun etdin.
Ey Füzuli, axıdıb seyli-sirişk ağılıyalı, Eşq əhlinə fəğan etməgi qanun etdin.
Lüğət: Gülgun – gül rəngli, gül üzlü; Sirişk – göz yaşı