Əsas məzmuna keç

Qəzəl

Ey fələk, dövründə neyçün ol nigar əldən gedir?

Şah İsmayıl Xətai

2

Ey fələk, dövründə neyçün ol nigar əldən gedir? Qanım ilən əllərin qılmış nigar, əldən gedir?

Dün dedi zahid mana: – Neyçün könül verdin ana? Neyləyim, görgəc yüzini ixtiyar əldən gedir.

Bülbüla, gül dövridir, əfğan edər çox mürğ zar, Nalə qıl, oturma, vəqti-mürğizar əldən gedir.

Ey könül, hicran ilən ömrün tükənsə, qəm yemə, Neylərəm ömri-əzizi, çünki yar əldən gedir.

Ey Xətayi, çünki yarın eylədi əzmi-səfər, Ruzü şəb ah et ki, yari-ğəmgüsar əldən gedir.

Lüğət: Nigar – sevgili, bəzəkli; Dün – dünən, gecə; Mürğ – quş; Şəb – gecə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.