Ey əzizim, istəyirsən çox şərafət, az danış
Ey əzizim, istəyirsən çox şərafət, az danış, Müxtəsər bir kəlməçə eylər kifayət, az danış.
Söhbəti-bicalərin çoxlar bəlasın çəkdilər, Bivəfalərdən başun saxla səlamət, az danış.
Nitqə gəlsən səy qıl, paki məhəbbətdən söz aç. Biədəb sözdən olar hər cür cinayət, az danış.
Hərzəkarı, şərbəşər nadanı görsən qaçgilən, Eyləmə hər yerdə hər kəslə zarafat, az danış.
Kamil insan müşkülü səbr ilə asan eyləyər, Dəmbədəm qılma həyatından şikayət, az danış.
Xeyrli söhbət edəndə sən qulaq ver xamuş ol, Mərifət əxz eylə məclisdə nəhayət, az danış.