Əsas məzmuna keç

Qəzəl

Ey əzəli can ilə cananımız

İmadəddin Nəsimi

1

Ey əzəli can ilə cananımız! Eşqi-rüxündür əbədi şanımız.

Kə’bə üzündə bizə, ey Fəzli-həq, Zülfü rüxün qibləvü imanımız.

Vəchinə yazdı otuz iki hüruf, Hikmət ilə münşiyi-ərkanımız.

Surəti çün əhsəni-təqvim imiş, Səndə zühur eylədi sübhanımız.

“Səvvərəkəllahü əla şəklihi” Üştə nəbinin sözü bürhanımız.

Mö’minə həq dünyanı zindan dedi, Möminə çox qalmaya zindanımız.

Uymadı arif sözünə vaizin, Divə müti’ olmadı insanımız.

Əvvəlü axırda üzündür, üzün, Sün’i-xuda, qüdrəti-yəzdanımız.

Kim ki, sücud eyləmədi hüsnünə, Divi-lə’in olduvü şeytanımız.

Can necə tərk eyləsin, ey can, səni, Çünki canın canısan, ey canımız!

Pərdə üzündən götür, ey surətin Fəzli-ilahi ilə rəhmanımız.

______________________Milli Kitabxana_______________________

Eynimə sənsiz tikan oldu cahan, Qandasan, ey tazə gülüstanımız?

Ta biləsən kim, necədir, ey fəqih, Adəmi-xaki ilə ehsanımız.

Hüdhüdü Bilqeysə rəsul eylədi, Naməni göndərdi Süleymanımız.

Cövr ilə yandırdı Nəsimiyi dust, Həm bu idi dust ilə peymanımız.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bürhan – Dəlil, sübut; Yəzdan – Allah; Hüdhüd – Şanapipik X

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.