Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!
Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut! Tutma zöhhadın müxalif pəndini, peymanə tut!
Dişlədimsə lə’lin, ey qanım tökən, qəhr eyləmə, Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut!
Cizginirkən başına, şəm’i-rüxündən canımı, Mən’ qılma, anı həm ol şəm’ə bir pərvanə tut!
Gər sənə əfğanimi bihudə dersə müddəi, Ol sözə tutma qulaq, mən çəkdigim əfğanə tut!
Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni Xah bir aqil xəyal et, xah bir divanə tut.
Ey olub sultan, deyən dünyadə məndən qeyri yox, Sən səni bir cüğıd bil, dünyanı bir viranə tut.
Ey Füzuli, dəhr zalinin firibindən saqın, Olma qafil, ər kimi təprən, işin mərdanə tut!
Lüğət: Müddəi – iddia edən, rəqib; Cüğıd – bayquş