Əsas məzmuna keç

Qəzəl

Ey əqlü fəhminə qalan aciz sualımız

Məhəmməd Füzuli

1

Ey əqlü fəhminə qalan aciz sualımız, Şərh etməsək də biz, sənə vazehdir halımız.

Şamü səhər təsəvvüri-asari-sününün Nəqşü nigar xanəsi olmuş xəyalımız.

Dərk eyləmək həqiqətini çox mahaldır, Yetməz bu arizulara fikri-məhalımız.

Biz düşdük öz əməllərimizdən bu günlərə, Qoyma həmişəlik belə artsın məlalımız.

Səndən o gün ki, hər əmələ bir cəza yetər, Bəsdir bu üzrümüz, bizə öz infialımız.

Ver bir məcal, zikrin edək biz o dəmdə ki, Bir söz deməkliyə daha olmaz məcalımız.

Izhari-üzrdür bu, Füzuli, günah üçün Yazmış saralmış üzdə onu əşki-alımız.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.