Ey əndəlib, rövnəqi-gülzar qalmadı
Ey əndəlib, rövnəqi-gülzar qalmadı, Gül qarət oldu, xarə dəxi yar qalmadı.
Əğyardən həmişə edərdin şikayəti, Səd şükr kim, zəmanədə əğyar qalmadı.
«Nətvis-Süha» büruzə gəlibdir əyan bu gün, Dövrü qutardı, günbədi-dəvvar qalmadı.
Gün çıxdı, məhv oldu cahandan sitarələr, Cüz nuri-şəms, şöleyi-ənvar, qalmadı.
Üzlər təvəccöh eylədi şəmsi-həqiqətə, İqbalə döndü, kimsədə idbar qalmadı.
Ənhari-kəsrət oldu rəvan bəhri-vəhdətə, Qeyr əz xudayi-vahidü qəhhar qalmadı.
Bütlərdən oldu beyti-xuda pak, ey könül, Yarımdan özgə xanədə dəyyar qalmadı.
Seyyid, mətai-şerini bazarə çəkmə sən, Sərraf getdi, zərrə xəridar qalmadı.