Ey əhli-dil, fənanı qoyun barı ağlasın!1
Ey əhli-dil, Fənanı qoyun barı ağlasın!1 Əğyarə çünki yar olub yarı, ağlasın!
Mən etmək aşiqin nə rəva ahü zardən? Çox dərdi var, qoyun ki, sizi tari, ağlasın!
Gizlin xəyalı var ki, belə ahü zar edər, Öz halinə qoyun bu diləfkarı, ağlasın!
Bülbül nəvası bisəbəb olmaz bu bağdə, Gördükcə hər zaman gül ilə xarı ağlasın!
Hicrani-yar oldu səbəb ağlamağına, Ya rəb, görüm həmişə səbəbkarı, ağlasın!
Vursun əlilə başına hər şam, ta səhər, Yarı qəm içrə olmadı qəmxarı, ağlasın!
Şami-fəraqdə qalıban zarü xəstədil, Saldıqca yadə ol məhv-rüxsarı, ağlasın!
Səsləndi Natəvanə ki, ərbabi-qəm tamam, Hali-Fənayə cəm olub, elcarı ağlasın!
Lüğət: Diləfkar – fikirli, qəmli