Ey dürri-kani-hər şey, kim bilə kim, nə kansan
Ey dürri-kani-hər şey, kim bilə kim, nə kansan? Can səndən oldu çün hey, bilməz səni nə cansan!
Zatına kimsə irməz, vəsfini kimsə bilməz, Zatü süfat ilə sən baqiyü cavidansan.
Bimislü bibədəlsən, bişibhü biməsəlsən, Ey dürri-bərgüzidə, nə bəhri-bigiransan?
Ey künhü rif’ətindən bibəhrə əqli-mütləq, Vey gənci-binəhayət, simurği-laməkansan.
Çünki cəmi’i-əşya səndən əyan olubdur, Ey vahidi-yeganə, bəs nişə sən nihansan?
Ey müddəi, sən anın məhrumsan dəmindən, Andandurur ki, hər dəm dərbəndi-inü ansan.
Həqq əzhəri-minəş-şəms rövşəndürür və lakin, Sən qayəti-əmadən bihudə dər gümansan.
Dilər səni Nəsimi, aləmdə çaqə hər dəm, Ta bilələr bətəhqiq sən qamudan əyansan.
______________________Milli Kitabxana_______________________
Lüğət: Bərgüzidə – Seçilmiş; Bəhr – Dəniz; Gənc – Xəzinə