Ey dostlar, gəlin hamı azadə içməgə
Ey dostlar, gəlin hamı azadə içməgə, Meyxanə məclisinə gedək, badə içməgə.
Dönsün xarabəzarə bütün qüssəxanələr, Dolsun tamam xəlq o abadə, içməgə.
Sınsın cahanda qan içilən qanlı kasələr, Gülsün şərab cami-müsəffadə içməgə,
Bu cami-surət içrə deyil, saqi, mey həlal, Varınsa ver piyaləi-mənadə içməgə.
Azdır, Şəfai, çünki müsahib zəmanədə, Saldım, odur ki, meylimi dünyadə içməgə.