Ey dil, genə ol şöbədəgər yadıma düşdü
Ey dil, genə ol şöbədəgər yadıma düşdü, Piranəsər ol sadə pəsər yadıma düşdü.
Gördüm gülü, oldu üzünə həsrətim əfzun, Baxdım aya ol rəşki-qəmər yadıma düşdü.
Heyrətdə idim bunca nədir gözdən axan qan, Ol qanə dönəm xəstə cigər yadıma düşdü.
Vəslində keçən günləri kim, gəldi xəyalə, Daxi deyə bilməm ki, nələr yadıma düşdü.
Kim getdi, dedim, nəkhəti-zülfün mənə yarın, Nagəh o zaman badi-səhər yadıma düşdü.
Bir kimsə dedim varmı ki, rüxsaruvi öpsün, Ari, o qara zülfün öpər, yadıma düşdü.
Olmuş kimə məqdur dedim vəsli-miyanı, Seyyid, gəlibən fikri-kəmər yadıma düşdü.