Ey cəmalında sənin nuri-ilahidir tamam
Ey cəmalında sənin nuri-ilahidir tamam, Ol sifatın zikridir fikrim həmişə sübhü şam.
Ol şahənşahi-cəhansan kim, qul olub qapuna, Qənbərinin xidmətiçün Qeysərü Cəmdir ğulam.
Hələtadə həq sana çün saqiyi-mütləq dedi, Abi-kövsərdən sənin dəstindədir yaqut cam.
Ol Əlisən kim, xamu peyğəmbərə sənsən şəfi, Cümlə bu ümmid ilən qapuna gəlür xasü am.
Çün sənin övsafinə yetməz Xətayinin sözü, Uş bu əbyat üstə xətm oldu kəlamım, vəssəlam.
Lüğət: Nuri – rəhman – ilahi nur; Zikr – anma, söyləmə; Abi – həyat – dirilik suyu; Yaqut – qırmızı rəngli daş