Əsas məzmuna keç

Qəzəl

Ey cəmalın gülsitani baği-minudur mana

Şah İsmayıl Xətai

1

Ey cəmalın gülsitani baği-minudur mana, Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana.

Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan, Gecə-gündüz ağlamaq eşqində xoş xudur mana.

Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm, Bu cəfalərni qılan ol yari-məhrudur mana.

Gecələr ta sübh olunca uyxu gəlməz eynimə, Ta xəyalın daima çeşmimdə qarşudur mana.

Anca yaş tökdi Xətayi firqətindən, ey sənəm, Xancaru baxsam, gözümdə yer yüzü sudur mana.

Lüğət: Minu – cənnət; Rizvan – behişt, behişt qapısı; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Hicr – ayrılıq; Çərxi – kəcrov – əyri dolanan zəmanə; Məhru – ayüzlü; Uyxu – yuxu; Xancaru – hansı tərəfə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.