Əsas məzmuna keç

Qəzəl

Ey can, mən cəmalını gördükcə can derəm

Şah İsmayıl Xətai

1

Ey can, mən cəmalını gördükcə can derəm, Görsət kim, ol cəmalını görsəm, rəvan derəm.

Bir şəmmə gər gətirsə səba buyi-zülfi-yar, Başilə əqlü canü könül tərcüman derəm.

Vəqti-əcəl gəlirsə mələk can içün mana, Yüzüni görmədin ana canım xaçan derəm.

Hər kim ki, gün yüzün xəbərini gətirsə, yar, Mən ana müjdə yerü gögü asiman derəm.

Dedi Xətayi dilbərə: – Lütfin nədir mana? Dedi: – Yüzümdə aşiqə min gülüstan derəm.

Lüğət: Rəvan – həyat, diri, axan, gedən, ruh, can

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.