Əsas məzmuna keç

Qəzəl

Ey camalın səhfəsində xətmi-Qur’an buldum uş

İmadəddin Nəsimi

1

Ey camalın səhfəsində xətmi-Qur’an buldum uş, Saçının hər tarəsində küfrü iman buldum uş.

Çün hidayət eyləmiş həq üzünə nuri-əzəl, Şol səbəbdən kim, üzündə nuri-bürhan buldum uş.

Surətin müshəfdir, ey dilbər, üzün bədri-münir, Təl’ətin şəmsüz-zühadır, mahi-taban buldum uş.

Ey səkiz cənnati-ədni ərz edən zahid mana, Mən bu gün yarın camalında gülüstan buldum uş.

Cövrünə qıldım təhəmmül, səbr edib, yarın müdam, Dərdə dərman andan oldu, dərdə dərman buldum uş.

Ey Nəsimi, vəchi-Allahın kəlamıdır üzün Kim, bu vəchillah içində Fəzli-rəhman buldum uş.

Lüğət: Hidayət – Doğru yolda rəhbərlik; Şol – O; Bürhan – Dəlil, sübut; Müshəf – Kitab; Bədri – müəmməm – Əmmaməli ay; Mahi – Balıq; Ərz – Yer; Yarın – Səhər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.