Əsas məzmuna keç

Qəzəl

Ey camalın nuri-sübhanəlləzi əsra imiş

İmadəddin Nəsimi

1

Ey camalın nuri-sübhanəlləzi əsra imiş, Əbdəhu leyla tapundur, məscidi-Əqsa imiş.

Sözlərinin hər birisi nəfxeyi-ruhül-qüdüs, Ləblərin mə’na ilə yöhyül-iləl mövta imiş.

Yazdı alnında xuda inna fətəhna surəsin, Qaf vəl-Qur’an üzündür, sidreyi-ə’la imiş.

Arizinlə iki zülfün layəzali görünür, Mə’niyi-səb’ülməsani əlləməl-əsma imiş.

Eşigin aşiqlərə Beytülhəramın Mərvəsi, Kə’bə üzün oldu, zülfün ürvətül-vüsqa imiş.

Təl’ətin nuri-təcəlli, vəzzühanın məzhəri, Qabə qövseyn oldu qaşın, zülfün öv-ədna imiş.

Ey Nəsimi, çünki könlün vəhdətin dəryasıdır, Yeddi dəniz qübbəsinə mövc uran dərya imiş.

Lüğət: Leyl – Gecə; Layəzal – Ölməz, əbədi; Əsma – Adlar; Təcəlli – Əzəmətli zühur etmə; Dəni – Alçaq; Mövc – Dalğa

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.