Ey camalın məzhəri zatü sifat
Ey camalın məzhəri zatü sifat, Səndə zahir oldu rəsmi-fe’li-zat.
Ay üzündür həq təala güzgüsü, Pərtövi-çöhrəndən oldu kainat.
Müshəfin övraqü ayatı üzün, Qaşların mehrabına qıldım səlat.
Dilədim zər ləblərindən, ey nigar, Şər’də buyurmadı lə’lə zəəkat.
Ey Nəsimi, “Cavidani-namə”dir Həlli-əşkali-cəmii-müşkilat.
______________________Milli Kitabxana_______________________
Lüğət: Pərtöv – İşıq, parıltı; Müshəf – Kitab; Övraq – Vərəqlər P; Səlat – Birləşmə, əlaqə; Dua; Zər – Qızıl; Əşkal – Çətin