Ey boyun tuba, dodağın abi-heyvan nisbəti
Ey boyun tuba, dodağın abi-heyvan nisbəti, Abi-heyvan demən ani, çeşmeyi-can nisbəti.
Qamətü rüxsarın hər kim ki, gördü, söylədi: – Biri güldür, birisi sərvi-xuraman nisbəti.
Eşigin toprağinə hər kim qul oldu sidq ilə Padşahdır bəndeyi-fəğfuri xaqan nisbəti.
Bəhri-eşq içrə səninçün necə qəvvas olmuşam, Dişlərin dürdür, dodağın abi-heyvan nisbəti.
Bu Xətayi ta ki, yüzün üstə gördü zülfini, Gözlərindən yaş tökər barani-neysan nisbəti.
Lüğət: Tuba – cənnət ağacı; Abi – həyat – dirilik suyu; Çeşmeyi – heyvan – dirilik bulağı; Bəhr – dəniz; Qəvvas – üzgüçü; Baran – yağış