Ey bivəfa ki, adət olubdur cəfa sana
Ey bivəfa ki, adət olubdur cəfa sana, Billah, cəfadır, olma, demək bivəfa sana.
Gəh nazü gəh kirişməvü gəh işvədir işin, Canın sevənlər olmasa yey aşina sana.
Min can olaydı kaş məni-dilşikəstədə Ta hər birilə bir gəz olaydım fəda sana.
Eşqində mübtəlalığmı eyb edən sanır Kim, olmaq ixtiyar ilədir mübtəla sana.
Ey dil ki, hicrə doymayıb1, istərsən ol məhi, Şükr et bu halə, yoxsa gələr bir bəla sana.
Ey gül, qəmində əşk rüxi-zərdim etdi al, Bildirdi ola surəti-halım səba sana.
Düşməz çü şah qürbi, Füzuli, gədalərə, Ol şəhdən iltifat nə nisbət mana, sana.
Lüğət: Halə – ayın ətrafında görünən işıqlı dairə; Əşk – göz yaşı; Qürb – yaxınlıq