Ey badi-səba, kuyi-həbibə güzər eylə
Ey badi-səba, kuyi-həbibə güzər eylə, Hali-dili-zarimi o şahə xəbər eylə.
Qürbətdə pərişanlığımı zülfü qəmindən, Tul eyləmə, ol sərvqədə müxtəsər eylə.
Axır məni-zarı dəri-dilbərdən ayırdın, Ey çərxi-cəfacu, məni az dərbədər eylə.
Ahi-səhərim qübbeyi-əflakə ucaldı, Bu navəki-xunrizdən, ey gül, həzər eylə.
Əgləşməyə ta xaki-rəhi dideyi-qeyrə, Ey göz, tökübən əşk qübarını tər eylə.
Bəsdir mənə bu təlxiyi-hicran, ləbindən Get özgələrin kamını sən pürşəkər eylə.
Səbr eylə dedin, vəslə əlac olmadı, Seyyid, Rəf etməyə bu firqəti fikri-digər eylə.