Ey ay üzlüm, qamətin sərvi-xuramandır mənə
Ey ay üzlüm, qamətin sərvi-xuramandır mənə, Sərv boylum, ay üzün şəmi-şəbistandır mənə.
Halımı hicrin xərab etməkdədir, vəslinsə xoş, Hicrin olmuş dərd, vəslin zövqü dərmandır mənə.
Dil əsiri-qamətin, canım meyi-ləlinlə məst, Qamətin kami-dilim, ləli-ləbin candır mənə.
Bədnəzərdən qaməti cananımın olsun iraq, Sərvi-gülzari-məlahət qəddi-canandır mənə.
Söylədim, ey büt, könül dami-bəla küncündədir, Söylədi ol dami-qəm çahi-zənəxdandır mənə.
Könlümün sirrin açıb aləmlərə faş eyləyən Düşmən ol göz yaşıdır, çaki-giribandır sənə.
Ey Füzuli, aldı ol sərvi-rəvan aramımı, Gərçi arami-dili-zarü pərişandır mənə.