Əsas məzmuna keç

Qəzəl

Əvvəl ki, dila, dərd ilə yaran olamazsan

İmadəddin Nəsimi

1

Əvvəl ki, dila, dərd ilə yaran olamazsan, Axır bil ani qabili-dərman olamazsan.

Mən xaceyi-dəhrəm deyü fəxr etmə, fəqir ol, Dərviş olamazsan, yürü, sultan olamazsan.

Heydər kimi gər Xeybəri-şirki yıxamazsan, Bu ərsədə bil, sən Şəhi-mərdan olamazsan.

Çün Turi-vücudunda təcəlli edəməzsən, Fir’on ilə sən Musiyi-Imran olamazsan.

Gər quşlara tə’limi-zəban etməz olursan, Bu ins ilə cins içrə Süleyman olamazsan.

Yə’qub olub axıtmaz isən xun cigərdən, Misrə irişib, Yusifi-Kən’an olamazsan.

Can elmini bu hücrədə təhsil edəməzsən, Adəm biki1 bil, cisminə sən can olamazsan.

Səcdə etməz isən əhsəni-təqvimə görücək, Həq fəzlivü həq surəti-rəhman olamazsan.

Ey sufi, təvaf etmə üzü həccinə yarın, Ol eydə Nəsimi kimi qurban olamazsan.

1 Kibi

______________________Milli Kitabxana_______________________

Lüğət: Fəqir – Yoxsul; Şirk – Çoxallahlılıq; Təcəlli – Əzəmətli zühur etmə; Zəban – Dil; Xun – Qan; Təvaf – Kəbənin başına dolanmaq; Yarın – Səhər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.